Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Nazirliyinin rəhbəri Kirstjen Nielsen açıqlamasında hökumətin hər kəsə təsir edə biləcək xüsusi mülklərin və infrastrukturların kiber risklərə qarşı tam mühafizə təmin etməli olduğunu qeyd edib.
Bu yanaşma üzərində qurulan yeni strategiya Britaniyanın Milli Kiber Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan Aktiv Kiber Müdafiə proqramına əsaslanıb.
Bu strategiya çərçivəsində görülməli olan 4 əsas tədbir təsdiqlənib:
1. Pis məqsədli maddələrin hökumət sistemlərinə çıxışını bloklanması
2. Hökumətdən göndərilmiş kimi göstərilən emailləri bloklama
3. İctimai qurumların öz internet saytarını bunlardan qorumasına dəstək
4. Pis niyyətli maddələri internetdən yığışdırmaq
Ordu.az