Ordu.az Armstrade.org saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Artıq bu həftə çərçivəsində Rusiya Cənub Hərb Dairəsinin xüsusi təyinatlı bölmələrinin “Tayfunyenok”larla təchiz ediləcəyi bildirilir. Maşınlar dağ-meşə relyefində və yolsuzluq şəraitində ümumqoşun poliqonu və tankodromda sınanılaraq heyətə alınacaq.
Qeyd edək ki, “Tayfunyenok” zirehli maşınları həmçinin Moskvada keçirilən 9 May Qələbə paradında da nümayiş etdirilib.
Ağalar Qəribov
Ordu.az