Ordu.az “Rossiyskaya qazeta” nəşrinə istiandən xəbər verir ki, bu tankların Liviyaya təchizatı 1970-ci illərin ilk yarısında başlayıb.
Sovet rəhbərliyi Liviyanı bu tanklarla təchiz edərkən Müəmmar Qəddafinin onları Yaxın Şərqdə baş verən Ərəb-İsrail döyüşlərində sonunculara qarşı istifadə edəcəyini təxmin edirdi. Lakin T-62-lərin istifadə edidiyi ilk döyüş 1977-ci ildə baş tutan İyul müharibələri oldu.
1980-ci illərdə isə Liviya bu tankları Çadda keçirilən əməliyyatlarda istifadə etdi. Artıq XXI əsrin əvvəllərində Liviya orusunun heyətində 350-yə yaxın T-62 var idi, lakin ordunun modernləşməsi də həyata keçirilirdi. Məhz bu səbəbdən 2011-ci il hadisələri zamanı gözə daha çox T-72 və T-55-lər dəyirdi.
Hərbi paradda T-62-lərin nümayişi isə Liviya ordusunun yenidən bu texnikalara qayıtdığını göstərir.
Ağalar Qəribov
Ordu.az