Rusiya SOD Filippin dənizində təlimlər keçirib

2018/05/2143_1526458090.jpg
Oxunub: 2065     16:08     16 May 2018    
Rusiya Sakit Okean Donanmasının bir sıra gəmiləri Filippin dənizində təlimlər keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimlərdə Sakit Okean Donanmasının “Admiral Vinoqradov”, “Admiral Tributs” qayıq əleyhinə gəmiləri və “Peçenda” orta dəniz tankeri iştirak edib.

Təlimlər çərçivəsində gəmilərin “Peçenqa” vasitəsilə əlavə yanacaqla təchizatı, şərti rəqibin sualtı gəmilərinin aşkarlanması, həmçinin məhvi üzrə tapşırıqlar yerinə yetirilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Filippin-dənizi   Hərbi-təlim  


Bizi "telegram"da izləyin