Ordu.az Regnum.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.
Məlumata görə, Hindistanla Su-57-lərə dair müqavilə hələ 2010-cu ildə imzalansa da, indiyədək həll yollarının axtarışı həyata keçirilir.
“Hindistan tərəfinin seçim variantları o qədər də çox deyil – qiyməti endirmək cəhdlərinə baxmayaraq, alternativ kimi nəzərdə tutulan F-35-in alınması dəfələrlə daha baha qiyməyə başa gələcək. Yalnız alış qiyməti deyil, həmçinin qırıcılara xidmət baxımından da qiymətlər arasında çox böyük fərq mövcuddur”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, Hindistan tərəfinin məsələyə münasibəti eyni formada davam edərsə, Rusiya bunun üçün başqa müttəfiqlər axtara bilər.
Ağalar Qəribov
Ordu.az