Qlobal aerokosmik və müdafiə sahəsinin davamlı inkişafı

2018/05/received_2539647452928074_1526406132.jpeg
Oxunub: 4328     01:44     16 May 2018    
Qlobal aerokosmik və müdafiə sənayesi dövriyyəsinin 2018-ci ildə əhəmiyyətli dərəcədə böyüməsi proqnozlaşdırılır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Deloitte Global”ın aerokosmos və müdafiə sənayesi üzrə 2018-ci il proqnozunda qeyd olunub.

Hesabata görə, bu il bazarın həcmi 4,1% genişlənəcək. Ötən il bu rəqəm 2,1% təşkil edib.

Buna əsas səbəblərdən biri yeni təyyarələrin istehsalına olan tələbatın artmasıdır. Belə ki, qarşıdakı on ildə bu tələbatın 25% artması və önümüzdəki 20 il ərzində 36780 yeni təyyarənin istehsal edilməsi gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-sənayesi   Hesabat  


Bizi "telegram"da izləyin