Ordu.az xəbər verir ki, “Sputnik” buna dair əlində sızdırılmış sənədlər olduğunu açıqlayıb.
Məlumata görə, sözügedən diler NATO-nun Yunanıstandakı lisenziyalı ticarətçisi “International Armour” şirkətidir.
Məlumata görə, şirkət Britaniya, Serbiya və Kiprdə də fəaliyyət göstərir. O, 2015-ci ilin ikinci rübündə İraq üçün 50 min Ak-47 hücum tüfəngi, 5 min SVD snayper tüfəngi, 200 T-72 tankı və 50 ədəd 9M133 “Kornet” tank əleyhinə idarəolunan raket kompleksi almağa cəhd edib.
Ağalar Ağalarlı
Ordu.az