Ordu.az “İnterfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi nazirliyindən olan mənbələr məlumat yayıb.
Məlumata görə, sərgi 2018-ci ildə baş tutmayacaq və bunun səbəbi cari il üçün bu növ tədbirlərin sıx qrafikidir.
“Sərgi qrafiklə uyğunlaşmadı. Texnikaları Moskvaya göndərmək, sonra yenidən geri qaytarmaq mümkün olmayacaq. Hərbi texnikanın daşınması minimum 30 günə başa gəlir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, iyulun 9-dan 12-dək Yekaterinburqda “İnnoprom”, avqustun 21-dən 26-dək isə Kubinkada “Armiya-2018” hərbi sərgiləri baş tutacaq.
Ağalar Qəribov
Ordu.az