Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hələ də ad verilməyən aviadaşıyıcı rəsmi Pekinin strateji hərbi planlarının əsas ünsürlərindən biridir.
Bundan öncə Çinin sadəcə bir aviadaşıyıcısı var idi. “Liaoning” adlı gəmi 1999-cu ildə Ukraynadan satın alınıb.
Xüsusilə Cənubi Çin dənizində son dövrlərdə gərginliyin artdığı bir vaxtda Birləşmiş Ştatların öz aviadaşıyıcısını bölgəyə yerləşdirməsi Çinin ikinci aviadaşıyıcının hazırlıq işlərini sürətləndirməyə təşviq edib.
Yeni aviadaşıyıcının əsasən “Liaoning”in üzərində inşa edildiyi deyilsə də, bu gəminin istehsalı Çin gəmiqayırması üçün böyük təcrübə kimi dəyərləndirilir.
Təsadüfi deyil ki, Çinin artıq üçüncü aviadaşıyıcı üzərində işlədiyi və onun daha qabaqcıl texnologiyaya və imkanlara malik olması iddia edilir.
Ağalar Ağalarlı
Ordu.az