ABŞ donanması hava kommunikasiya sistemləri alacaq

2018/05/48416_1526392427.jpg
Oxunub: 4121     22:33     15 May 2018    
ABŞ donanması təyyarələr üçün qabacıl kommunikasiya sistemlərinin istehsalı və çatdırılmasına dair “ViaSat”la müqavil imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi məlumat yayıb.

Məlumata görə, 85,5 milyon dollar dəyərində müqavilə çərçivəsində “ViaSat” donanmanın Kosmik və Dəniz Müharibə Sistemləri Komandanlığına çoxfunksiyalı informasiya paylama sistemlərinin yenilənmiş versiyasını çatdıracaq.

C41 sistemi kimi sertifikatlaşdırılmış çoxfunksiyalı informasiya paylama sistemi qabacıl komandanlıq, nəzarət, kommunikasiya, hesablama və kəşfiyyat tapşırıqları üçün nəzərdə tutulub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Donanma   ViaSat  


Bizi "telegram"da izləyin