“İŞİD üzərində qələbəyə illər var” – MI5 rəhbəri

2018/05/5345345_1526386046.jpg
Oxunub: 2790     20:06     15 May 2018    
“İŞİD-in özünəməxsus “xilafət”inin məhv edilməsinə baxmayaraq, bu terror təşkilatı hələ bir neçə ilə təhdid olaraq qalacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Britaniya kəşfiyyat orqanı MI5-in rəhbəri Andrü Parker səsləndirib.

Avropa kəşfiyyat orqanları rəhbərlərinin Münhen görüşündə çıxış edən Parker İŞİD-in hazırda yenidən təşkilatlanmağa cəhd etdiyini bildirib.

Onun sözlərinə görə, “xilafət”in tənəzzülünə baxmayaraq sözügedən terror təşkilatı hələ bir neçə il ərzində beynəlxalq diqqətləri özünə çəkəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Mİ-5  


Bizi "telegram"da izləyin