Ordu.az rusiyalı ekspert Yevgeni Damantsevin və hərbi ekspert Vüqar Miraslanovun, Azərbaycan Ordusunun silahlanmasında olan “Barak-8” hava hücumundan və raket hücumundan müdafiə sisteminin qabaqcıl dünya nümunələri ilə müqayisəsini təqdim edir.
1990-cı illərin sonunda- 2000-ci illərin əvvəllərində “Barakın” təkamülü, onun yerüstü variantının yaranmasına gətirib çıxardı. Bunlar orta mənzilli “ABISR” (QRASM; atəş radiusu 35 km) və atəş radiusu 70km olan uzun mənzilli “Barak-8” («Barak-LR») zenit-raket (əslində Barak-LR ABİSR-dən öncə yaradılıb - V.M) kompleksləridir. Tutucu zenit raketləri “ABISR” və “Barak-LR” həndəsi ölçülərinə görə tam unifikasiya olunublar. Onların ölçüləri 4,5 metr olsa da, “Barak-LR” daha güclü ikipilləli bərkyanacaqlı raket mühərriki ilə təhciz olunub. “Barak-8” kompleksinin “LR-SAM” indeksli “dənizləşdirilmiş” variantı da var ki, onun da atəş mənzili 70 kilometrdir. Kompleksin dəniz variantı müasir 4 (tərəfli) aktiv faza qəfəsli (AFQ) desimetrlik S diapazonunda işləyən MF-STAR RLS-sı ətrafında qurulub ki, bu da eyni zamanda 10-dan çox hava obyekti haqqında (bu məlumat dəqiq deyil - V.M) döyüş məlumatı hazırlayır. “Barak-8” ailəsinin yuxarıda göstərilən bütün variantları əsasən geniş Hindistan bazarına hesablanıb.
2017-ci ilin may ayının 23-də Narendra Modinin İsrailə səfərindən sonra aydın oldu ki, tək “Barak” mövzusunda 5,08 milyard dollarlıq müqavilələr bağlanıb ki, onların da əsasında Hindistan donanması 2 milyard dollar həcmində 12 ədəd dəniz ZRK-sı, Hərbi Hava qüvvələri 2 milyard dollar həcmində bir neçə “Barak” batareyası (Hindistanda HHM qüvvələri Hərbi Hava Qüvvələrinin tərkib hissəsidir - V.M), Quru Qoşunları isə təxminən 1 milyard dollarlıq bir neçə “ABİSR” kompleksi alacaq. Əlavə ayrılan 80 milyon dollara isə donanmanın gəmilərində hal-hazırda dayanmış “Barak-1” kompleksləri üçün 100 ədəd raket alınacaq. Bu komplekslərin ən perspektiv variantı son layihə olan “Barak-8ER” sistemidir.
Orta mənzilli mobil ZRK ABİSR “Barak-8” (Barak-LR) kompleksinin sadələşdirilmiş formasıdır. Onun atəş mənzili 35 km, atəş hündürlüyü isə 10 km-dir. Çəkisi 255 kq olan raket birrejimli daha sadə bərkyanacaqlı raket mühərriki ilə təmin olunub. Bu kompleks Hind quru qoşunlarının HHM sistemlərinin yenilənməsi üçün təklif olunub. Atəş mənzili kiçik olduğundan yüksəkenerjili çoxfunksiyalı radarlar LB-MF-STAR və EL/M-2084 MMR əvəzinə sadə divizion sinifli dairəvi müşahidə və müşayiət radarı EL/M-2106 ATAR 3D təklif olunub. İşçi tezlik kimi, L diapazonlu desimetrlik dalğa istifadə olunduğundan, onun “qırıcı” tipli hədəfi (EƏS=1kv.m) 90-100 kilometrdən, “radiolokator əleyhinə raket” tipli hədəfi 30-40 kilometrdən aşkarlayır. Göstərilən RLS həmçinin “Spuder-SR/MR” kompleksinin tərkib hissəsinə daxildir.
Təzələnmiş “Barak-8-ER” kompleksin əsas elementi uzaqvuran zenit idarəolunan raketidir ki, onun 150 km-lik atəş mənzili bizim ən müasir 9M96E2 raketinin atəş mənzilindən bir qədər də çoxdur. Bu göstəriciyə Barak-LR raketinə əlavə güclü 1,5 metr uzunluğunda bərkyanacaqlı start mühərriki qoşmaqla nail olunub. Nəticədə uzunluğu 6 metr olan ikipilləli və birkalibr (gövdəsi 2 müxtəlif enlikdə) tutucu raket alınıb. Raketin təqdirəlayiq cəhəti onun ikinci, döyüş pilləsində yerləşmiş qaz axınlı dartı vektorunu idarəetmə sistemidir ki, bu da ikinci pillənin ardıcıl iki impulslu bərkyanacaqlı raket mühərriki ilə birlikdə “Barak-8ER” raketinə ikinci pillənin ikinci dartı impulsu və qaz axınlı dartı vektorunu idarəetmə sistemi ilə birlikdə trayektoriyanın son mərhələsində enerjili manevrlər etmək inkanı verə bilər. Yəni 120-130 km məsafədə döyüş pilləsi 12-15 g təcillə (maraqlıdır, müəllif cənab Damanski Barakın raketinin məhz 12-15 g təəcillə manevr etdiyini haradan öyrənib? Əgər özü hesablayıbsa, hansı metodikaya əsasən? - V.M) hərəkət edən hədəfi vurmaq imkanına malikdir ki, belə xüsusiyyətə bir impulslu MİM-104C (Patriot PAC-2 sisteminin) 5V55R (S-300PS sisteminin) raketləri malik deyillər.
Öz növbəsində “Barak-8ER” raketinin qaz axınlı datrı vektorunu idarəetmə sistemi perspektiv operativ-taktiki ballistik raketlərinin (məsələn 9M723-1 “İskəndər-M”) 30 g təcillə manevr edən başlıqlarının tutulması üçün qətiyyən kifayət deyil.
Reaktiv axının qarşısında yerləşmiş istiyədavamlı müstəvilərin döndərilməsi döyüş pilləsinə tələb olunan 60-65 g təcilli manevrləri heç vaxt verə bilməz. Bu səbəbə görə də “Barak-8ER” zenit raketi müasir ballistik raketlərə və hipersəs sürətli havadan hücum vasitələrinə qarşı (çox qəti və texniki əsası olmayan bəyənatdır. Heç olmasa ona görə ki, bütün müasir ballistik raketlər və hipersəs sürətli obyektlər kəskin manevr etmək imkanına malik deyil - V.M) mübarizə apara bilməz. Onunla yalnız zəif manevr edən hədəfləri vurmaq olar. “Uzaqvuran Barak”ın daha bir zəif xüsusiyyəti onun raketinin aşağı sürətidir. Belə ki, “Barak-8ER” raketi sürət xarakterisikasına görə keçmiş “Barak-1” raketlərindən cəmi 25-30% (2,1-2,2 Max ədədi 1,6 Max ədədi qarşısında) üstündür. Əslində yeni raketin sürəti məxfidir. Müəllif tutarlı istinadı olmayan rəqəm ətrafında fərziyyələr qurur. Belə göstəricilərlə İsrail kompleksinin heç taktiki qırıcı aviasiyasına məxsus təyyarələri arxadan vurmaq (məsələn MiQ-35 təyyarəsinin sürəti 2,25 Max ədədidir) imkanı yoxdur. Bu çox ciddi çatışmazlıqdır. Hədəfi vurma hündürlüyü yalnız 17 kilometrdir.
Maraqlıdır,müəllifin məntiqini inkşaf etdirsək, deməli operativ və strateji qırıcı aviasiyası növü də mövcuddur. MiQ 35 təyyarəsi manevr imkanları çox zəif olan uzaq tutucu təyyarəsidir ki, onu Rusiyanın yol infrastrukturu zəif olan rayonlarında HHM raketlərinin uçan platforması kimi istifadə etmək nəzərdə tutulub. Əgər “Barak-8ER”in sürətini müəllifin göstərdiyi kimi qəbul etsək, yenə də bu çətin başa düşüləndir - nə üçün aerodinamik hədəfi (maksimim 3-4 g təcillə manevr qabiliyyəti olan MiQ-35 təyyarəsini) öz mövqelərindən 150 km məsafədə asanlıqla vurmaq imkanı olan sistem, onu öz mövqelərinin üstündən uçmağa imkan verib, arxadan atəş açmalıdır?
İndi isə S-350 “Vityaz” kompleksinin baza raketi olan uzaqvuran 9M96E2 raketinin xüsusiyyətlərini nəzərdən keçirək. “Вarak-8ER” kompleksinin raketindən fərqli olaraq, Rusiya raketinin sürəti 3,4 Max ədədi, hədəfi vurma hündürlüyü isə 35-37 km-dir. Atmosferin yuxarı qatlarında mühərrik hələ də işlədiyindən, 9M96D (raketin uzunluğu 9M96E2 raketindən 1,2 metr çoxdur və müəllif onu “Vityaz”ın standart buraxıcı qurğusuna necə yerləşdirmək istəyir?) raketi hədəflə minimal ballistik tormozlanma şəraitində yaxınlaşır ki, buna görə də hətta atış nöqtəsindən 120 km aralıda təxminən 2,6-2,8 Max ədədi sürətini saxlayır. Bu da aktiv manevrlər həyata keçirmək üçün layiqli enerji parametrlərini saxlayan sürətdir. Qaz axınını döndərən müstəvilərdən fərqli olaraq 9M96D raketində ikiseksiyalı “qaz-dinamik kəmər” var ki, raketi ani manevr etdirə bilir. Bu qaz-dinamik kəmər ABŞ-ın MİM-104F raketindəki kəmərindən sadə konstruksiyalı olsa da, effektivliyi həmin qədərdir.
Ön planda “Barak-8ER” kompleksinin uzaq mənzilli (130-150 km) bikalibrli ikipilləli iki impulslu raketi görünür. Arxa planda isə orta mənzilli “Barak-8LR” (70 km) birpilləli və iki impulslu raketini görürük
Yan-döndərmə mühərriklərinə görə Rusiya raketi 5 kilometrə qədər hündürlükdə 60 g təcillə, 30-35 km hündürlükdə isə 20 g təcillə manevrlər edə bilir. “Barak-8ER” raketi 17 km hündürlükdə güclə 15-17 g ilə manevr edə bilir. Artıq çoxdan məlumdur ki, yan idarəetmə mühərrikləri (YİM) 9M96D raketinə 20 g təcilli 0,025 saniyə ərzində verməyə qabildir ki, bu paramertləri “Barak”ın idarəolunan dartı vektoru (İDV) sistemi yerinə yetirə bilməz. Yeri düşmüşkən bildirmək lazımdır ki, İsrail anti-raketi bu xüsusiyyətinə görə Fransanın SAMP-T (dəniz versiyası PAAMS) zenit raket kompleksinin “Aster-30” və “Aster-15” raketlərinə də qat-qat uduzur. Göründüyü kimi bizim “Vityaz” zenit-raket kompleksi parlaq anti-raket xüsusiyyətlərinə malikdir ki, həmin xüsusiyyətlər onlara OTR-lərin manevr edən başlıqlarına və döyüş bloklarına qarşı mübarizəyə imkan verir. Özü də, YİM sayəsində hədəf birbaşa kinetik zərbə nəticəsində məhv ediləcək ki, belə atəş “Barak-8ER” raketi üçün xeyli mürəkkəbdir. Əgər hava hücumu vasitəsinin mürəkkəb manevr qabiliyyəti “hit-to-kill” prinsipini həyata keçirməyə imkan vermirsə, 9M96D anti-raketinin əlavə texniki “kozırı” da var ki, o da mürəkkəb, partlayış sahəsi idarəolunan “ağıllı” qəlpəli-fuqas döyüş başlığıdır ki, başlığın rəqəmli EHM-ı ani olaraq beynində hədəflə fəzada görüşmə konfiqurasiyasına uyğun partlayış qəfəsi çəkir və o formada partlayış formalaşdırır. Qəlpələrdən yaranan fəza qəfəsi hədəflə görüşərək onu tam örtür.
Müqayisənin növbəti bəndi S-350 və “Barak-8ER” komplekslərinin çoxfunksiyalı atəş-tuşlama radarlarıdır. Bizim ZRK-larda müasir 50N6A tipli aşkarlama və müşayiət ÇRLS-indən istifadə olunur. Stansiyanın AFQ-i santimetrlik X diapazonunda işləyən bir neçə min (neçə min? -V.M) ötürücü-qəbul modullarından təşkil olunub. Aktiv radiolokasiya tuşlama sistemi olan ZRK üçün bu çox vacibdir və böyük rol oynayır. Nə nəzərdə tutulur? Əgər düşmənin hava hədəfi radioelektron maneə vasitələri tətbiq edirsə, o halda o raketin aktiv döyüş başlığındakı RLS-in müşayiətindən “qopa” bilər. O halda yerdəki çoxfunksiyalı RLS 50N6A tərəfindən korreksiya köməyi tələb olunacaq. Həmin korreksiya stansiyanın çoxfunksiyalı atəşi idarəetmə radarının santimetrlik işçi tezliyinə görə daha dəqiq olacaq. Daha uzun desimetrlik dalğa diapazonunda işləyən çoxfunksiyalı radardan fərqli olaraq, bu radar raketə hədəfin yerini daha dəqiq göstərəcək və raketin hədəfi yenidən müşayiətə götürməsi daha tez həyata keçəcək. Bundan əlavə, “Vityaz” kompleksinin santimetrlik radarı 50N6A yarımaktiv başlıqlı raketlərlə “işləmək” qabiliyyətinə də malikdir. Çoxfunksiyalı radarın aşkarlama mənzili müxtəlif rejimlərdə 200-250 km-ə qədərdir. Buraxıcılıq qabiliyyəti - 48 müşayiət olunan hədəf, atəş məhsuldarlığı isə aerodinamik hədəflərə görə - 8 hədəf, ballistik hədəflərə görə - 6 hədəf təşkil edir.
Fotoda 50R6A “Vityaz” (S-350) zenit-raket kompleksinin əsas elementləri göstərilib. Qabaq planda özüyeriyən atəş-buraxıcı qurğusu 50P6A görürük ki, ona 12 ədəd orta mənzilli 9M96E (60km) raketlərin və uzaq mənzilli 9M96E2 (130-150km) nəqliyyat-buraxıcı konteyneri yerləşir. Divizionun tərkibinə ümumi döyüş komplekti 96 raket olan 8 özüyeriyən atəş-buraxıcı qurğusu daxil ola bilər. Əlavə olaraq, buraxıcı qurğuların “ölü zona”larını daha əsaslı qorumaq üçün atəş-buraxıcı qurğu kiçik mənzilli 9M100 raket-tutucularının 125 mm-lik konteynerləri ilə də təhciz oluna bilər. Arxa planda çoxfunksiyalı 50N6A yerləşib. Divizionun tərkibində 2 ədəd bu RLS olduğundan onun ballistik hədəf kanalı 12, aerodinamik hədəf kanalı isə 16 ədəddir.
“Barak-8ER” ZRK-sı dördtərəfli çoxfunksiyalı EL/M-2248 MF-STAR dəniz radarının quru modifikasiyası birtərəfli LB-MF-STAR radarı ilə təhciz olunacaq. Dəniz versiyasında olduğu kimi mobil quru versiyası da desimetrlik S diapazonunda işləyən aktiv faza qəfəsli radardır. Uyğun olaraq, stansiyanın radiolokasiya aşkarlayacısı rejimində gözəl energetik parametrləri var. “Qırıcı” tipli hədəfi 250 kilometrdən, effektiv əksetmə sahəsi 0,1 kv.metr (anti-radar raketi) olan hədəfi 90-100 kilometrdən aşkar edir. LB-MF-STAR stansiyasının ciddi texnoloji üstünlüyü ondadır ki, yer bucağı müstəvisində aşkarlama sektorunu aşağı hissədən artıraraq dənizdə dor ağacı üçün hazırlanmış parametrlərə yaxınlaşdırmaq olar. Dənizdə göyərtəüstü radarın yer bucağı müstəvisində aşkarlama bucağı -20° ÷ +85° diapazonundadır. Nəticədə İsrail radarı zenit raketlərini yer səthi ilə uçan qanadlı raketlərə və PUA-lara asanlıqla tuşlaya bilir. Hətta dağda yerləşən komplekslə dərədə uçan hədəflərə də atəş açmaq olur ki, bu funksiya quru qoşunları, zenit-raket kompleksləri üçün çətin vəzifədir.
50N6A çoxfunksiyalı radarı belə vəzifələri həll edə bilmir. LB-MF-STAR stansiyası özünü yuxarı yarımsferada da çox yaxşı göstərir. Şüalandırılan elektromaqnit dalğalarının yer bucağı müstəvisində +85º sektoru kritik bucaq altında şığıyan hədəfləri müşayiətə götürüb (bu xüsusiyyət ballistik hədəflərə qarşı çox lazımlı xüsusiyyətdir - V.M) atəş aça bilir. Məsələn, ən çox yayılmış Rusiya ZRK-sı S-300PM1 belə bucaqlarda keçən hava trasslarına nəzarət edə bilmir. Ona görə ki, onun atəş nəzarət radarı 30N6E-nin yer bucağı üzrə sektoru cəmi 64° dərəcədir. “Barak-8ER” stansiyasının üstündə “ölü zona”nın sektoru 10 dərəcə, S-300-ün üstündə isə 52 (rəqəmlər müəllifə aiddir - V.M) dərəcədir. “Vityaz” ZRK-sının 50N6E radarı haqqında, təəssüf ki, belə informasiyamız yoxdur. Ümid edirik ki, onun xüsusiyyətləri LB-MF-STAR səviyyəsində olacaq.
Həm də məlumdur ki, “Barak-8ER” batareyası desimetrlik AFQ EL/M-2084 MMR (“Multi Mission Radar”) çoxfunksiyalı atəş idarəetmə radarı ilə komplektləşə bilir. Bu stansiya həmçinin “Dəmir Qübbə” raket əleyhinə sistemlərin də atəş idarəetmə radarı funksiyasını yerinə yetirir. Bu stansiya həmin kompleksin “Tamir” raketlərini idarə edir ki, onlar həm taktiki aviasiya növlərini və müxtəlif yüksəkdəqiqlikli aviasiya hücum vasitələrini, həm də böyük kalibrli artilleriya mərmilərini, əsasən də idarəolunan və idarəolunmayan RYAS mərmilərini vura bilir. EL/M-2084 MMR atəş idarəetmə radiolokasiya kompleksi (stansiyası) eyni zamanda 100 km məsafədən 200 artilleriya mərmisini müşayət edərək onların düşəcəyi nöqtəni müəyyən edir. Lazım gələrsə raketlə ona atəş komandası verir. Və ya 470 km məsafədən 1200 “qırıcı”/OTRK tipli hədəfi müşayət edir. Buraxılış qabiliyyətinə və atəş məhsuldarlığına görə İsrail radarı MMR “Vityaz”ın 50N6A ÇRLS-indən dəfələrlə üstündür.
Bununla belə, bu radarın yer bucağı müstəvisi üzrə sektoru yalnız 40 dərəcədir. Onun desimetrlik S diapazonu santimetrlik X diapazonlu 50N6A qədər çox dəqiqliklə hədəfi (söhbət həndəsi ölçüləri 10-15 santimetr olan artilleriya mərmiləri kimi hədəfləri müşayət edib məhv edən stansiyadan gedir – V.M) müşayiət edə bilməz. EL/M-2084 stansiyasının məsafəni aşkar etmə fəsadı 125 metr olduğu halda, çoxfunksiyalı santimetrlik radar “Qamma-1” cəmi 50 metr məsafə fəsadı edir. Bu müqayisədən 50N6A santimetrlik radarının dəqiqliyi haqqında özünüz məntiqi (bu passajdakı iki faktın məntiqi əlaqəsi məhşur bir rus ifadəsinin iki hissəsinin məntiqi əlaqəsi qədərdir: “Bostanda gəndələş bitib, Kiyevdə isə əmim yaşayır”) nəticə çıxarın. Buradan tam aydındır ki, “Barak-8ER” sisteminin dəqiqliyi yalnız raketlərin aktiv başlıqlarının dəqiqliyinə (Bəs bu radarla təhciz olunmuş «Dəmir qübbənin dəqiqliyi? Ucuz «Tamir» raketlərinin aktiv başlıqlarına əsaslanır?- V.M) əsaslanır.
Davam edək. “Barak-8ER” uçuş-texniki xüsusiyyətləri və BMC4I döyüş idarəetmə məntəqəsinin aparat vasitələrinin imkanları yalnız 800 m/san sürətlə (2880km/saat) hərəkət edən hədəflərin tutulmasına (yenə “özfəaliyyət” rəqəmləri?- V.M) kifayət edir. Həmin seçimə görə, bu zenit-raket kompleksinin imkanları “Buk” ZRK-larının ilkin modifikasiyaları ilə eynidir və 80-ci illərin əvvəllərində yaradılmış S-300PS kompleksinə xeyli uduzur. Uzaqlaşan hədəfin arxa yarımsferasına atəş məsələsində İsrail kompleksinin imkanları gülməli 350 m/san (1260 km/saat) sürəti ilə məhdudlaşır. Daha sadə dildə desək, “Barak-8”dən qanadları bomba yükü ilə yüklənmiş hər bir çoxfunksiyalı müasir qırıcı (qırıcının arxasınca düşüb, onu qovan “İldırımı” təsəvvür etdim və istər-istəməz gülümsədim - V.M) qaça bilər. Bizim zenit raketimiz 9M96E2 2600-3000 km/saat sürətlə hərəkət edən hər bir hədəfi arxadan atəşlə məhv etməyə qadirdir. Başqa sözlə, həlledici xüsusiyyətlərinə görə “Barak-8ER” kompleksi Rusiyanın S-350 “Vityaz” kompleksi ilə yarışa bilməz.
Hədəfi yer səthindən 5 metr hündürlükdə məhv edə bilən (atəş radarı 50N6A aparat imkanları buna qadirdirsə- V.M) ifrat manevrli 9M96E və 9M96E2 idarəolunan zenit raketləri
“Vityaz”ın 9M96E2 raketlərinin ən manevrli ballistik hədəfləri tutmaq imkanına görə “Barak”la müqayisədə uçuş-texniki və manevr xüsusiyyətlərinin tam üstünlüyü təsəvvürü yaransa da, S-350 kompleksinin atəş-idarəetmə məntəqəsi heyətinin döyüş informasiyası ilə təhcizatı “Barak”ın heyəti ilə müqayisədə çox zəif səviyyədədir. Buna səbəb “Barak”ın daha məhsuldar elektron-element bazasıdır ki, onun stansiyasına eyni zamanda 1200 hədəfi müşayiət edərək, onlardan ən təhlükəlilərini dəqiq seçib, yalnız onlara atəş açmaq imkanı verir. Bütün bunlara baxmayaraq, “Vityaz”ın 50K6A(İK/DİM) idarəetmə kabinası perspektiv avtomarik idarəetmə sistemi “Polyana-D4M1”in rabitə kanalları və interfeysi vasitəsilə asanlıqla kənar informasiya mənbələrinə kommutasiya oluna bilər. Bu kəşfiyyat-informasiya vasitələri “Podlet-K1” və yaxud “Nebo-M» RLS-ları ola bilər ki, cəm şəklində EL/M-2084 MMR radarının buraxılış qabiliyyətini (hərəsi bir neçə yüz milyon dollar qiymətinə olan bu sistemlər əlavə zabit heyətini məşğul etməkdən əlavə, artıq şüalanma nöqtələri yaradaraq, düşmən kəşfiyyatının və zərbə qüvvələrinin işini asanlaşdırır, stansiyanı kənar mənbələrdən və döyüş zamanı dayanaqsız rabitədən daha asılı edir- V.M) üstələyə bilərlər.
Bizim analitik baxışımızı yekunlaşdıraraq belə nəticələrə gəlmək olar:
— İsrailin yeni “Barak-8ER” zenit-raket kompleksi Rusiyanın S-350 “Vityaz” kompleksini yüksək hündürlüklü və yüksək sürətli 20 g həddində manevr edən ballistik hədəflərlə trayerktoriyalarının stratosfer hissəsində mübarizə aparmaq qabiliyyətinə görə üstələyə (Müəllifin bir az yuxarıdakı nəticələrinə görə, əgər hədəf ballistik trayektoriya ilə yox, top mərmisi trayektoriyası ilə uçarsa. Əks halda 50N6A stansiyasının nəhəng konusvari «kor zona»sına düşüb, diqqətindən yayınacq- V.M) bilməz. Səbəbi isə həm İsrail raketinin 680-720 metr/san olan (aydınlaşdırdıq ki, bu rəqəm bəzi bloqerlərin təxəyyülündə yaranmış rəqəmdir-V.M) aşağı sürəti, həm də qaz axınını döndərmək vasitəsilə dartı vektorunun istiqamətini idarə edən sistemdir ki, bu da raketin fəzada yerini ani dəyişib bort EHM-nin hesablayıb yönləndirdiyi hədəflə görüşmə nöqtəsinə çıxa bilməməsinə gətirəcək. 9M96E/E2 raketinin yana dönməni idarə edən reaktiv mühərriklər kəməri onun trayektoriyasını ani dəyişməyə qadirdir. “Barak-8” ZRK ailəsinin bütün raketləri, həmçinin də onun uzaqvuran “ER” variantı aşağı sürətli olduqlarından, stansiyanın atəş mövqeyindən 1300 km/saat sürətlə uzaqlaşan hədəfləri vurma qabiliyyətinə malik deyil. Bu catışmazlıq hədəf raketlərin atəş-buraxıcı qurğularından daha da uzaqlaşdıqca (ola bilsin müəllif burada hədəfin “parametr” adlanan xüsusiyyətini demək istəyir ki, bu hədəfin stansiyanın atəş-buraxıcı qurğulardan yan (böyürdən) keçmə məsafəsinə deyilir. Amma bu səviyyəli ekspert həmin termini bilməlidir - V.M) özünü göstərir. Möcüzə kimi görünsə də, “hədəflərin arxa yarımsferalarına atəş” kimi taktiki fəndini yerinə yetirərkən “Barak-8ER” kompleksinin döyüş qabiliyyəti 9K338 “İqla-S” DZRK-sı ilə eyni səviyyədə dayanır (320 və 350 m/san olaraq);
— “Barak-8ER” praktik uçuş hündürlüyü 20-22 km-dən yuxarı olan hədəflərlə mübarizə üçün uyğunlaşmayıb. Amma S-350 “Vityaz” 9M96E2 raketləri ilə praktik olaraq stratosfer pauzasının aşağı sərhəddini bağlayır. Cəmi 10-12 km qalır. Bu raketlər 40 km hündürlüyə (Stratosfer pauzası strtosferin və mezosferin arasında yerləşən atmosfer qatına deyilir ki, orada atmosfer maraqlı, fərqli fiziki xüsusiyətlər alır. Bu hündürlüklərdə hava hücumu vasitələri yox, od püskürən qanadlı əjdahalar uçur ki, müəllif yəqin onların atəşə tutulmasını nəzərdə tutur. Həmin atmosfer qatını ballistik raketlərin 90°yə yaxın bucaq altında atmosferə şığıyan döyüş blokları da yarıb keçir ki, “Vityaz” kompleksinin atəş-idarəetmə radarı belə dik şığıyan hədəflərə qarşı texniki baxımdan imkansızdır. Qalır 45-50 km hündürlüklü pik nöqtəsi olan psevdoballistik tryektoriya ki, onu da yaxın mənzilli OTR-lər bir neçə saniyə ərzində qət edirlər – V. M) qədər atəş aça bilir.
— “Barak-8ER” kompleksinin əsas üstünlüklərindən biri onun relyefdə özündən aşağıda yerləşən hava hədəflərinə və onun mövqelərinə 85° bucaq altında şığıyan ballistik və aeroballisrik hədəflərə atəş aça bilməsidir ki, bu da LB-MF-STAR atəş radarının çox geniş yer bucağı sektorunun olması hesabınadır;
— “Barak-8” və 9М96Е2 raketləri döyüş mövqeyində şaquli yerləşmiş atəş konteynerlərindən atılırlar. Lakin “Barak-8”in raketi cəmi 500 metr “ölü zona”sının olması ilə üstünlüyə malikdir. 9M96E2 raketində bu zona 1200-1500 metrə bərabərdir. Vəziyyəti düzəltmək üçün aşağı mənzilli yüksəkmaneveli 9M100 raketləri layihələndirilib ki, (“Vityazın kiçik kalibri”) onların texniki xüsusiyyəti haqqında hələlik məlumat yoxdur;
— Hər iki kompleksin çatışmayan cəhəti atəş radarlarını hündürlüyə qaldırmaq üçün universal vışkalarla təhciz olunmamalarıdır ki, radioüfüqdən arxada yerləşən yer səthinə yaxın uçan hədəflərə kənar mənbələrin göstərişi olmadan atəş aça bilmirlər.
Hələ 2007-ci ildə “Israel Aerospace Industries” (IAI) şirkəti və Hind Müdafiə Təqdiqatları Təşkilatı(DRDO) arasında “Barak-8” ailəsi zenit kompleksləri inşası üçün birgə təqdiqatlar aparılması barədə 1,4 milyardlıq müqavilə bağlanmışdı. Həmin müqavilənin yekunu bu oldu ki, Hindistan donanması, HHQ və Quru Qoşunları demək olar ki, bütünlüklə “Barak” ailəsi komplekslərinə keçdilər. Hindistan hərbi sənayesi dövlət şirkəti “Baharat Dynamics” “Barak-8” raketlərinin yüksək seriyalı istehsalına “ciddi qoşuldu”. Ona görə də Hindistanın bu sahədə rus məhsullarına geri qayıtmasını gözləmək mümkün deyil. 9М96Е2 zenit raketi Hindistana bu yaxınlarda satılmış S-400 “Triumf” komplekslərinin silahlanmasına qəbul oluna bilər. Ona görə də bu ölkənin S-350 “Vityaz” komplekslərinə birbaşa marağı çətin yarana bilər. Təmamilə başqa məsələ import sahəsində neytral olan çoxdan tanış olan yoxlanılmış Yunanıstan, Cənubi Amerika və Cənub Şərqi Asiyada yerləşən sifarişçilərdir. Onlar eyni həvəslə həm Rusiya, həm İsrail, həm də Qərb siahları alırlar.
Raket əleyhinə (raketdənmüdafiə) sistemlər də istisna deyil. Hal-hazırda Argentina, Braziliya HHM qüvvələri radikal yenidənqurma, Vetnam HHM qüvvələri isə qismən yenidənqurma tələb edir. “Barak-8ER” kompleksinin yuxarıda göstərdiyimiz çatışmazlıqlarını nəzərə alaraq, S-350 “Vityaz” kompleksinin eksport variantının rəqabət potensialı dünya silah bazarında “Barak-8” üzərində birmənalı qələbə qazanır.
Hərbi ekspert Vüqar Miraslanov
Ordu.az