Pentaqon kamikadze maşınlarının qarşısını alacaq tenologiyalar inkişaf etdirir

2018/04/12_1524751115.jpg
Oxunub: 3298     00:17     27 Aprel 2018    
Dünyanın müxtəlif bölgələrində ekstremist qrupların kamikadze maşınlarından istifadəni artırması döyüş meydanında əsgərlərin ölüm sayını artırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pentaqon qeyri-ölümcül Silahlar İdarəsi bu təhlükənin qarşısını azaltmaq üçün yeni yollar axtarır.

Bu məqsədlə idarə yüksək enerjili mikrodalğalı şüalardan istifadə etməyi düşünür. Artıq bir neçə ildir ki, tədqiqat mərhələsində olan layihənin üzərində işlər başlayıb və 2019-cu ilin sonlarına doğru əməliyyatlarda istifadə edilməsi planlaşdırılır.

Yeni texnologiyanın iş prinsipindən danışan idarənin alimləri bildirir ki, həmin yüksək enerjili mikrodalğalar üzərində elektron vasitə olan istənilən bir şeyə təsir edə biləcək. Əgər həmin həmin obyekt hədəf alınarsa bu dalğalar onu dayandıracaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Kamikadze-maşınlar  


Bizi "telegram"da izləyin