Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ankara üstünlüyü müasir modifikasiyalı dornların hazırlanması, o cümlədən kəşfiyyat aparatları və süni intellektli kamikadze PUA-larına verir.
Kamikadeze dronları adi PUA-lardan hədəfin aşkarlanması halında muxtariyyət əldə edən təyyarə-mərmilərə çevrilməsi ilə fərqlənir. Onlar hədəfə hücum edərək onunla birlikdə məhv olurlar. Bununla belə, əgər uçuş çərçivəsində hədəf aşkarlanmazsa, aparat uçuşa başladığı yerə qayıdır.
Artıq Türkiyənin STM şirkətinin ALPAGU “Blok II” və KARGU kamikadze PUA-larını modenrləşdirməsi bəlli olub.
Yeni PUA-lar dəqiq təsvir alqoritmləri, inkişaf etdirilmiş süni intellekt, yaxşılaşdırılmış videomüşahidə sistemləri və müxtəlif növ partlayıcı maddələrin seçilməsi imkanına malik olmalarına görə fərqlənir. Yaxın gələcəkdə bu dronların PUA bazarında aparıcı yerlərdən birini tutacağı ehtimal edilir.
Ağalar Qəribov
Ordu.az