Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Prespektivli Texnologiyalar Mərkəzinin rəhbəri Nelson Pedreyro bəyan edib.
“Hazırda mərkəzdə mütəxəssislər silah texnologiyaları, xüsusilə də pilotsuz kəşfiyat aparatlarını məhv etməyə qadir lazerlərin yaradılması sahəsində böyük uğurlara nail olublar”, - deyə Pedreyro bildirib.
Onun sözlərinə görə, yeni istiqamətlənən enerji silahları silah sənayesində yeni bir inqilabdır və ABŞ ordusu bu silahları silahlanmaya qəbul etməklə dünyadakı hərbi liderliyini bir qədər də gücləndirəcək.
Qeyd edək ki, hələlik yeni silahlar haqqında təfərrüatlı məlumatlar açıqlanmayıb.
Ağalar Qəribov
Ordu.az