Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə texnologiya işçiləri cəmiyyəti petisiya başladıblar.
“Biz inanırıq ki, texnologiya kompaniyaları müharibə biznesində olmayacaq və texnologiya işçilərinin süni zəkanın istifadəsinə dair etik standartlarına riayət edəcək. İnanırıq ki, “Google” ABŞ Müdafiə Nazirliyi ilə müqaviləsini ləğv edəcək”, - deyə petisiyada deyilir və əlavə olunur:
“Pentaqonun “Google”, “Microsoft”, IBM, “Amazon”la müqavilələri istifadəçilərin etibarını sarsıdır. Çünki, kompaniyalar istifadəçilərin böyük miqyasda məlumatlarına sahibdirlər”.
Ağalar Ağalarlı
Ordu.az