ASELSAN-ın avtonom quru robotu Asiya bazarına girir

2018/04/thumbs_b_c_07aeac72d23d9553eb712436ab07502f456_1522052840_1524144178.jpg
Oxunub: 2600     00:17     20 Aprel 2018    
Türkiyə Müdafiə sənayesinin son dövrdə hazırladığı məhsullardan olan Uzaqdan İdarəetməli Atəş Platforması (UİAP) Asiya bazarına girəcək.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, şirkət bu cihazını hazırda Malayziyanın paytaxtı Kuala-Lumpurda davam edən müdafiə sərgisində nümayiş etdirir.

Məlumata görə, sərgi zamanı ASELSAN və Malayziyanın müdafiə və kosmos şirkəti DefTECH arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilə əsasında ASELSAN UİAP-ı Asiya bazarında DefTECH-lə birlikdə satacaq.

Qeyd edək ki, UİAP 3 kilometr məsafədən idarə edilə bilir. Onun əməliyyat müddəti batareya ilə minimum 5 saat olduğu halda, bu müddət generatorla 8 saata qədər uzadıla bilər. Onun maksimum sürəti hazırda 25 km/saat olsa da, bunun artırılması ilə bağlı işlər davam etdirilir. UİAP 3 tona qədər yük daşımağa qadirdir.


Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Avtonom-quru-robotu  


Bizi "telegram"da izləyin