Ordu.az “Janes” nəşrinə istiandən xəbər verir ki, bu barədə “Terminator”ların istehsalını həyata keçirilən “Uralvaqonzavod” şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Döyüş meydanında “Terminator” 6 ədəd BMP və 40 nəfər əsgərə ekvivalentdir. Maşın kiçik gəmi və alçaqdan uçan helikopterlər də daxil olmaqla bütün növ hədəfləri məhv etməyə qadirdir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Terminator”un beynəlxalq debütü “Defexpo India – 2018” beynəlxalq sərgisində baş tutub.
“Terminator”un komplekslinə 30 millimetrlik top, pulemyot, iki ədəd avtomatik qumbaatan və 4 ədəd “Ataka-T” idarəolunan lazer raketi daxildir.
Ağalar Qəribov
Ordu.az