Çin Ukrayna aviadaşıyıcısının keyfiyyətindən narazıdır

2018/04/24234_1524051040.jpg
Oxunub: 2415     19:29     18 Aprel 2018    
Tam tikilməmiş vəziyyətdə Ukraynadan alınan “Varyaq” hərbi gəmisinin modernləşdirilməsi mümkün deyil.

Ordu.az “South China Morning Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusundan olan mənbələr məlumat yayıb.

Məlumata görə, “Liaoning” adlandırılan aviadaşıyıcının istifadə olunduğu 8 il ərazində gəminin 1200 elementi dəyişdirilib, lakin hələ də arzuolunan nəticə əldə üdilməyib.

Ən böyük problemlərin aviadaşıyıcıya qırıcıların enişi zamanı yarandığı bildirilir. Çin ordu komandanlığı onun ABŞ-dan olan analoqlarından geri qaldığını və əvəzlənməyə ehtiyac duyduğunu bildirir.

Həmçinin modernləşmənin aparılmasının gəminin “anadangəlmə” nöqsanlara malik olması səbəbilə mümkünsüz olduğu vurğulanır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin-Ukrayna   Aviadaşıyıcı  


Bizi "telegram"da izləyin