Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Kolorado ştatında həyata keçirilən 34-cü Kosmos Simpoziumunda razılaşma əldə olunub.
Qeyd edək ki, son 30 ildə “Orbital ATK” və ABŞ HHQ birlikdə “OmegA” raketinin hazırlanması istiqamətində 250 milyon dollardan çox vəsait xərcləyib. Hazırda kompaniyada proqramın həyata keçirilməsi üçün 500 nəfər çalışır.
EELV proqramı çərçivəsində hazırlanan “OmegA” raketi ABŞ Müdafiə Nazirliyi, mülki hökumət və kommersiya müştərilərin orta-ağır sinifli peyklərinin göndərilməsi üçün istifadə olunacaq. Onun sınaqlarının 2019-cu ildə tamamlanması və ilk atışın 2021-ci ildə baş tutması planlaşdırılıb.
Ağalar Ağalarlı
Ordu.az