ABŞ ordusu helikopter və quru vasitələrini robotlaşdıracaq

2018/04/received_2520258194867000_1523987564.png
Oxunub: 3693     01:48     18 Aprel 2018    
ABŞ ordusu gələcək helikopterləri və quru vasitələrinin insan müdaxiləsinə ehtiyacını minimallaşdırmaq istəyir.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun Baş Qərargah rəisi general Mark Milley bildirib.

Senatın dinləmələrində çıxış edən Milley hazırda ordunun helikopterlər və quru vasitələrinin mümkün olduğunca avtonomlaşdırılmasına və pilotsuz istifadəsinin təminatına çalışdığını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Robot  


Bizi "telegram"da izləyin