Ordu.az “Defence News” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə müdafiə sənayesi sahəsindən olan mənbələr məlumat yayıb.
Məlumata görə, yeni mərmilərin dəniz canlıları, xüsusilə də skatlar formasında yaradılması planlaşdırılır. Bu minalar şifrələnən hidroakustik siqnallar vasitəsilə idarə olunacaq.
Türkiyəli mütəxəssislər yeni layihəni WATTOZZ (“Vatoz” - türkcə dəniz skotu) adlandırıblar.
Mütəxəssislərin sözlərinə görə, robotlaşdırılmış sualtı dronlar xarici görünüşə görə əsl skatlardan heç nə ilə fərqlənmir. Bildirilir ki, dronun hazırlanmasında istifadə olunan materiallara görə onun heç bir sonar və ya digər izləmə sistemləri tərəfindən aşkarlanmayacaq.
Ağalar Qəribov
Ordu.az