Yeni Çin təhlükəsi: CH-AS-X-13 aeroballistik raket layihəsi - ARAŞDIRMA

2018/04/454545_1523965566.jpg
Oxunub: 2082     19:43     17 Aprel 2018    
Dünya liderliyinə can atan Çin dünya səviyyəli silahlar yaratmağa çalışır. Xarici KİV-lərin məlumatına görə, Çinli mütəxəssislər ən çətin layihələrdən biri çərçivəsində yeni uğurlar əldə etməyi bacarıb. Cari çalışmalar uğurla başa çatdıqdan sonra Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Hərbi Hava Qüvvələri hava bazalı yeni ballistik raket əldə edə biləcəklər. Belə bir silah, Çinin uzun mənzilli aviasiyasının zərbə potensialına güclü təsir göstərərək strateji nüvə qüvvələrinin hava komponentini gücləndirə bilər.

Proqnozlaşdırılan Çin layihəsinin gedişi ilə bağlı sonuncu hesabatlar bir neçə gün əvvəl Amerikanın "The Diplomat" nəşrində dərc olunub. Nəşrin jurnalistləri Çin hökuməti ilə bağlı informasiyalara çıxışı olan ABŞ-ın adı açıqlanmayan bir nümayəndəsi ilə ünsiyyət qura bilib. Mənbə, Çin layihəsi ilə əlaqədar bəzi məlumatları paylaşıb və xarici mütəxəssislərin son nailiyyətləri haqqında danışıb. Onun sözlərinə görə, perspektivli raket nəinki mövcuddur, hətta bir sıra sınaqlardan da keçməyə müvəffəq olub.

Bir çox digər hallarda olduğu kimi, yeni Çin silahlarının rəsmi adı hələ də bilinmir. Bu baxımdan, ABŞ kəşfiyyatçıları istehsalçı ölkənin, məhsulun sinfinin və inkişaf mərhələsini əks etdirən CH-AS-X-13 müvəqqəti təyinatından istifadə edir. Bu məhsul haqqında məlumatın əksəriyyəti ya ABŞ-ın kəşfiyyatına məlum deyil, ya da açıqlanması məsləhət deyil. Lakin bəzi məlumatlar açıq mətbuatda verilir.

"The Diplomat"ın qaynağına görə, CH-AS-X-13 raketləri modernləşdirilən H-6X1/H-6N bombardmançılarının silahlanma kompleksinə daxil olmalıdır. Bu maşın Çin mütəxəssislərinin yaratdığı Sovet Tu-16 təyyarələrinin inkişafının növbəti versiyasıdır. Bəzi yeni avadanlıqlar quraşdıraraq və konstruksiyanın bir hissəsini dəyişərək təyyarə bir aeroballistik raket daşıyıcısına çevrilib. H-6 bombardmançılarının texniki uçuş xüsusiyyətləri, qabaqcıl mərmilərin döyüş səmərəliliyinin və icazə verilən raket buraxılma sərhədlərinin artırılmasına imkan verir.

Yeni layihənin kökləri ilə əlaqədar bəzi fərziyyələr mövcuddur. Beləliklə, CH-AS-X-13 raketləri mövcud DF-21 raketlərinin əsasında hazırlana bilər. Sonuncu, mobil atıcı qurğudan istifadə edən orta mənzilli ballistik raketdir.

Bəlkə də, Çinli dizaynerlər bu məhsulu yenidən hazırlayıblar ki, indi onu daşıyıcı təyyarədən buraxmaq mümkün olub. Belə bir konstruksiya problemini həll etmək üçün, əsas məhsulun ciddi şəkildə yenidən işlənməsi lazımdır. Lakin aeroballistik raketin yeni komponentlərdən ibarət tamamilə yeni bir sistem olması da mümkündür.

"The Diplomat" yazır ki, yeni raket ikipilləli sxem əsasında qurulur. Kompozit materiallar hər iki korpusda istifadə edilə bilər ki, bu da onların kütlələrini azaltmağa imkan verər. Yüngül korpus daşıyıcı üzərinə düşən yükü azaltmağa və müəyyən üstünlüklər əldə etməyə imkan verməlidir. Həmçinin, raket ayrılan bir döyüş başlığına sahibdir. Raketin hər iki mərhələsində ağır yanacaqlı raket mühərriklərindən istifadə olunur. Ümumiyyətlə, yeni aeroballistik raket, Çinlilər tərəfindən hazırlanan bəzi silahlara bənzəyə də bilər.

Döyüş hüssəsinin növü və gücü barədə dəqiq məlumatlar hələ mövcud deyil. Eyni zamanda, "The Diplomat" nəşrinin adı açıqlanmayan hökumət qaynaqları bu Çin raketinin nüvə başlığı daşıya biləcəyini göstərirlər. Raketin konvensional, yəni adi döyüş başlığı ilə versiyasının işlənib hazırlanması barədə məlumat yoxdur. İlkin sürətlənməni və yüksəlməni təmin edən daşıyıcı təyyarənin hesabına ikipilləli raket yüksək döyüş xüsusiyyətləri göstərə bilir.

Amerikalı kəşfiyyatçılar hesab edir ki, CH-AS-X-13 raketi havadan buraxılaraq döyüş başlığını 3000 km məsafəyə çatdıra bilər.

Məlumatlara görə, CH-AS-X-13 aviasiya raketi artıq sınaq mərhələsindədir. "The Diplomat" nəşrinə görə, ABŞ H-6 bombardmançısının aeroballistik raketlə ilk uçuşu 2016-cı ilin dekabrında keçirilib. Eyni zamanda, bu cür sınaqların hansı poliqonda aparıldığı və raketin özünü necə göstərdiyi barədə məlumat verilmir. Tək məlum olan sınaqların keçirildiyinin həqiqət olduğudur.

2017-ci ildə raket istehsalçısı və Hərbi Hava Qüvvələri təcrübə raketlərinin daha üç sınaqını həyata keçiriblər. Texniki xarakterli hər hansı bir məlumat məlum deyil. Sınaqların yeri, vaxtı və nəticələri də göstərilmir. Beşinci sınaq buraxılışı yanvar ayının sonunda başa çatdı. Beşinci sınağın keçirilməsi haqqında məlumatlar xarici mətbuatda nəşrlər dalğasının əmələ gəlməsinə səbəb oldu. Amerika kəşfiyyatında ya Çin sınaqları haqqında ətraflı məlumat yoxdur, ya da onları bölüşmək üçün tələsmirlər. Bununla yanaşı, sonuncu iki buraxılışın bəzi xüsusiyyətləri dəqiqləşdirilib. CH-AS-X-13 raketinin daşıyıcısı H-6 bombardmançısının son versiyası müasir raket və bomba silahlarını daşımaqla yanaşı, onun havada yanacaq da doldura bilməsi məlum olub.

H-6X1/H-6N bombardmançıları ilə vəziyyət tam aydın deyil. Ötən yazın sonunda köhnə bombardmançının əvvəllər tanınmayan modifikasiyasının fotoşəkilləri nəşr olundu, ancaq bu barədə dəqiq məlumat verilmədi. Tezliklə yenilənən hava gəmisinin məqsəd və vəzifələrini izah edən yeni bir versiya peyda oldu. CH-AS-X-13 raketinin əsas daşıyıcısının bu təyyarə olacağı ehtimal olunur.

Göründüyü kimi, daşıyıcı təyyarə və perspektivli raket hələ sınaqlardan keçməli və real imkanlarını yalnız poliqonlarda göstərməlidir. Hər hansı digər yeni silahlar kimi, bunların da tam miqyaslı sınaqlara ehtiyacı var ki, bu da vaxt tələb edir. "The Diplomat" nəşrinin mənbələri CH-AS-X-13 raketlərinin yalnız növbəti onilliyin ortalarında Çin Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilə biləcəyini iddia edir.

Yüksək səviyyəli aeroballistik raket Çin Ordusunun uzun mənzilli zərbə qabiliyyətinə çox böyük təsir göstərə bilər. Müxtəlif hesablamalara görə, yeni raketin istifadəsi üçün uyğunlaşdırılan H-6 bombardmançısının son modifikasiyası 6000 km döyüş radiusuna malik olacaq. Beləliklə ki, belə bir təyyarə CH-AS-X-13 raketindən istifadə edərək ideal şərtlər daxilində öz bazasından təxminən 9000 km aralı bir məsafədə olan hədəflərə hücum edə bilər. Eyni zamanda, hədəfə çatdırılacaq döyüş başlığı düşmənə ciddi zərər verə biləcək imkanlara sahib olacaq.

Artıq qeyd edilir ki, orta mənzilli aeroballistik raketlərin görünməsi ehtimal olunan düşmən üçün ciddi təhlükə olacaq. Bu cür silahlar digər siniflərdən olan aviasiya məhv etmə vasitələrindən xeyli fərqlənir və onlar üzərində müəyyən üstünlüklərə malikdir. Beləliklə, 3 min km səviyyəsində raketin müstəqil uçuş məsafəsi düşmənin hava müdafiə zonalarına yaxınlaşmamağa imkan verəcək. Bundan əlavə, müəyyən hallarda, atəş xəttinə çıxış və raketin buraxılması qeydə alınması da çətin olacaq. Bütün bunlar təyyarənin döyüş davamlılığını və vəzifələrinin tam şəkildə həyata keçirilməsi ehtimalını artırır.

Startdan az sonra CH-AS-X-13 raketləri ballistik bir traektoriyaya çıxmalıdır. Digər zərbə sistemləri kimi, bu raketdə müəyyən hündürlüyə qədər yüksəlir, sonra ətalət altında döyüş başlığı hədəfə doğru hərəkət etməkdə davam edir. Trayektoriyanın enən hissəsində başlıq hissəsi yüksək sürət əldə edir ki, bu da onun ələ keçirilməsini çətinləşdirir. Bu baxımdan, aeroballistik raketlər qanadlı raketlərlə müqayisədə daha yüksək bir döyüş davamlılığı göstərə bilər.

CH-AS-X-13 kimi tanınan perspektiv raketlər, Çin Xalq Azadlıq Ordusunun silahlanmasına daxil olan ilk orta mənzilli aeroballistik raketlər ola bilər. Hərbi Hava Qüvvələrində belə bir silah olmaması onların potensialına aydın şəkildə təsir edir. Yüksək texniki və döyüş xüsusiyyətləri olan prinsipial yeni bir sistemin yaranması hərbi-siyasi xarakterli nəticələrə gətirib çıxara bilər.

Hətta qlobusa ani bir nəzər yetirsək, hansı ərazilərin 3 min kilometrlik bir perspektivli raketin hədəfində ola biləcəyini görərik. Eyni zamanda, onların bazalarda 6 min kilometrlik atəş xəttinə çıxarmağa qadir olan daşıyıcılarını da unutmamalıyıq. Belə ki, CH-AS-X-13 raketi ilə silahlanan H-6 bombardmançılarının son modifikasiyası bütün Asiya-Sakit okean regionunu və ətraf əraziləri tam nəzarətində saxlaya biləcək. Çinin yeni silahlarının ortaya çıxmasından narahat olan ölkələrin siyahısını təqdim etmək çətin deyil.

Lakin vəziyyət çoxda təhlükəli görünmür və panikaya düşməyə ciddi əsasda yoxdur. Mövcud məlumatlara görə, Çinin CH-AS-X-13 layihəsi hazırda bir neçə il davam edəcək prototiplərin sınaq mərhələsindədir. Amerika mətbuatının məlumatları doğrudursa, o zaman yeni raket yalnız 2025-ci ilə qədər silahlanmaya daxil olacaq. Qalan müddətdə bütün maraqlı ölkələr vəziyyətlə tanış olacaq, planlarını hazırlayacaq və müəyyən tədbirlər görəcəklər. Bundan əlavə, yaxın gələcəkdə, Çinin inkişafı ilə bağlı yeni məlumatlar da daxil olacaq ki, bu da yeniliklərin axtarışına və tətbiqinə təsir edə bilər.

Hal-hazırda Çin layihəsi aeroballistik raketin inkişafı sahəsində yeganə layihə deyil. Bir neçə həftə əvvəl Rusiya rəhbərliyi "Kinjal" adlı aeroballistik raketin layihəsi haqqında ilk dəfə danışdı. Bu silahın xarakterik xüsusiyyətləri yüksək döyüş effektivliyindən və son uçuş mərhələsində hipersəs sürətindən ibarətdir ki, bu da ələ keçirilməni mümkünsüz edir. Eyni zamanda, raket nisbətən kiçik ölçüləri ilə də xarakterizə olunur və buna görə MiQ- 31BM təyyarələri belə onu daşıya bilir.

Göründüyü kimi, Rusiya layihəsinin yaradılması ilə paralel olaraq, Çində də layihə işləri aparılıb. İlin əvvəlində ÇXAO-nun Hərbi Hava Qüvvələri üçün yeni bir raketin sınaqları başlayıb və bildiyimiz qədər hələ də bu sınaq mərhələsindədir. Bu günə qədər beş sınaq keçirilib və yaxın vaxtlarda bu cür sınaqlar barədə yeni məlumatların olacağı gözlənilir. Sonrakı mərhələlər bir neçə il davam edə bilər, bundan sonra CH-AS-X-13 raketi silahlanmaya qəbul edilmək şansı əldə edəcək. Yeni Çin layihəsinin uğurlu olacağı və Hərbi Hava Qüvvələrinin böyük potensiala malik yeni silahı əldə edəcəyi isə sonra məlum olacaq.

Yazı “The Diplomat” nəşrinin məlumatları əsasında işlənib
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: CH-AS-X-13   Çin  

Yeni Çin təhlükəsi: CH-AS-X-13 aeroballistik raket layihəsi - ARAŞDIRMA

2018/04/454545_1523965566.jpg
Oxunub: 2083     19:43     17 Aprel 2018    