Əsgərləri əvəz edən robotlar təlimlərə qatılıb - VİDEO

2018/04/received_2128628370702821_1523120889.jpeg
Oxunub: 1787     01:09     08 Aprel 2018    
Dünən ABŞ ordusunun təşkil etdiyi təlimlərdə robot cihazlar tank və döyüş vasitələrinin hərəkəti üçün əngəlləri aradan qaldırmağa çalışıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İkinci Zirehli Briqada Döyüş Komandasının Birinci piyada diviziyasının zabiti leytenant Kodi Rotşild bildirib.

“Biz bu gün robot təmizləmə əməliyyatı həyata keçirdik. Bu tipli hadisə tarixdə heç vaxt baş verməyib. Bu tarixi hadisədir”, - deyə o qeyd edib.

Rotşild bunun ordu və robot texnologiyası üçün çox irəliyə doğru əhəmiyyətli addım olduğunu vurğulayıb.



Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Robot   ABŞ   Tank  


Bizi "telegram"da izləyin