ABŞ Quru Qoşunlarının yeni taktiki maşını olan “Quru Mobilli Vasitə 1.1” üçün aşağı sürətli havadan enmə sınaqları həyata keçirilir.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaqlar Şimali Karolinadakı Fort Braq poliqonunda aparılır.
Qeyd edək ki, maşın yolsuzluq şəraitində və uzaq bölgələrdə xüsusi operatorlara taktiki mobillik təmin etmək imkanına malikdir. O, həm də CH-47 “Chinook” helikopterləri tərəfindən daşına bilir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Taktiki-maşın