ABŞ ordusu yeni eynəklərlə təchiz ediləcək

2018/03/1221_1522416748.jpg
Oxunub: 3356     21:28     30 Mart 2018    
ABŞ ordusu 2019-cu ildən etibarən yeni VR eynəklərlə təchiz olunacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni eynəklərin sınaq yoxlanışları Pentaqonu qane edib.

“HUD 3.0” adlı eynək sistemləri xüsusi bölmələrin döyüşçülərinə ərazidə maksimal şəkildə surətlə diqqəti toparlamağa və mümkün rabitə vasitələri barədə məlumat əldə etməyə yardımçı olur. Yeni eynəklər vasitəsilə həmçinin yaralı hərbi qulluqçular barədə də məlumatın əldə olunması mümkündür.

Xüsusi eynəklərdə həmçinin lazım olduqda mini-xəritələr və döyüş komplektində qalan sursatların sayı da canlanacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   ABŞ-ordusuHUD-3.0  


Bizi "telegram"da izləyin