2018-ci ilin yenilikləri: “National Standard Super Sport” revolveri

2018/03/1522032732_korth_supersport1_1522227285.jpg
Oxunub: 1688     17:42     28 Mart 2018    
“Korth” şirkəti silah bazarında ən məşhur brendlərdən biridir və onun yeni təqdim etdiyi “National Standard Super Sport” revolverinin də bu şirkətin digər məhsulları kimi özünəməxsus olması istisna deyil.

Ordu.az Topwar.ru saytına istinadən xəbər verir ki, “Korth” şirkəti öz rəsmi saytına yeni silahın xüsusiyyətlərindən bəhs edib.

Yeni silahın qiyməti digər şirkətlərin məhsullarında olduğu kimi o qədər də demokratik deyil, o, silahın yüksək xüsusiyyətlərinə uyğun olaraq bazardakı digər rəqiblərindən 5-6 dəfə daha yüksəkdir. Belə ki, qiymət 3853 avro təşkil edir.

Revolverin iki versiyası STX və ATX artq təqdim edilib. Onlar arasında yeganə fərq silah çərçivəsinin materialındadır.

Polad materiala malik STX-nin qiyməti 1,65 kiloqramdır. Aliminiumdan hazırlanan ATX isə 1,32 kiloqram çəkiyə malikdir. Digər bütün göstəricilər tamamilə eynidir.

Hər iki tapança 6 gözlü barabana malikdir. Revolverlər “.357 Magnum” güllələri ilə işləyir.

Hər iki tapanmanın uzunluğu 280 millimetr, lüləsinin uzunluğu 152 millimetrdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Korth   National-Standard-Super-Sport   Revolver  


Bizi "telegram"da izləyin