İsrail Müdafiə Nazirliyi və “Isrel Aerospace Industries” birliyi İtaliya Hərbi Hava Qüvvələrinə sifariş edilən iki uzaq radar aşkarlama təyyarəsinin ikincisini və ABŞ-ın “Gulfsream G550” administrativ təyyarələrinin əsasında yaradılan CAEW G550 təyyarəsini təhvil verib.
Ordu.az xəbər verir ki, bu barədə “IsraelDefense” saytı məlumat yayıb.
“Təyyarələrin qiyməti ümumilikdə 850 milyona yaxın təşkil edib. Müqavilə 2012-ci ildə imzalanıb”, - deyə məlumatda bildirilir.
Müqavilədə həmçinin İtaliyanın İsrail Hərbi Hava Qüvvələrini 30 ədəd M-346 “Master” təlim-döyüş təyyarəsi ilə təchiz etməsi də nəzərdə tutulub.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İsrail-İtaliya
Master