Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən müasir müdafiə texnologiyalarının satışı 6.53 milyard dollar dəyərində olacaq.
F-35-lərin istehsalçısı “Lockheed Martin”lə bağlanılması gözlənilən müqavilə qırıcılardan əlavə 38 ədəd qabaqcıl F-135 təyyarə mühərrikinin alışını da əhatə edəcək. Həmin mühərriklər F-35-lərdə istifadə olunur.
Qeyd edək ki, beşinci nəsil təyyarələr olan F-35-lər Belçika hava qüvvələrinin inventarına daxil olmaq üçün “Dassault Rafale” və “Eurofighter Typhoon” qırıcılarını üstələməlidir.
Belçika hökumətinin bu ilin ortalarına qədər qərar verəcəyi gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az