Dehli Moskva ilə “Triumf”lara görə danışıqlara başlayıb

2018/01/2F78A69E00000578-3364920-image-a-1_14503937658443453_1516602191.jpg
Oxunub: 2991     14:21     22 Yanvar 2018    
Hindistan 5.5 milyard dollar dəyərində 5 qabaqcıl S-400 “Triumf” havadan müdafiə raket sistemlərinin alınması ilə bağlı Rusiya ilə aparılan danışıqların son mərhələsinə başlayıb.

Ordu.az “indiatimes.com” saytına istinadən xəbər verir ki, sözügedən raketlər 400 kilometr məsafədə və 30 kilometr yüksəklikdə uçan istənilən bombardmançı, gizli qırıcılar, cəsus təyyarələri, raketlər və dronları təsbit etmək, aşkar etmək və məhv etməyə qadirdir.

Hindistan bu danışıqları 2018-19 maliyyə ilinə qədər bitirməyi düşünür.

“5 S-400 sisteminin hamısı 54 ayda çatdırılmalıdır. Bu raketlər regionda havadan müdafiə dinamikasını tamamilə dəyişəcək”, - deyə Hindistan Müdafiə Nazirliyinə yaxın mənbələr bildirib.

Hindistanın danışıqları sürətləndirməsi Çinin S-400 sistemlərinin qəbul etməyə başlaması ilə eyni vaxta təsadüf edir. 2014-cü ildən gedən danışıqlar əsasında baş tutan həmin çatdırılmanın dəyəri 3 milyard dollardır.

Əgər S-400 sistemlərinin alınması ilə bağlı danışıqlar uğurla nəticələnsə bu Rusiya ilə imzalanmış ən böyük müqavilələrdən biri olacaq. İki ölkə arasında baş tutan digər önəmli müqavilələr 272 ədəd “Sukhoi-30MKI” qırıcılarının (12 milyard dollar) və “INS Vikramadatiya” aviadaşıyıcısının alınmasıdır (2.33 milyard dollar).

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Triumf   Hindistan-Pakistan  


Bizi "telegram"da izləyin