Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilənin imzalanmasını şirkət özü elan edib.
Kompaniyanın vitse prezidenti Mayk Pensin açıqlamasına görə, şirkət körfəz dövləti ilə 2.3 milyard dollarlı müqavilə imzalayıb. Müqaviləyə əsasən Bəhreyn ordusu 16 ədəd F-16 qəbul edəcək.
Bununla da Bəhreyn regionda “Lockheed”in “F-16 Block 70” təyyarələrini istifadə edən ilk ölkə olacaq.
Qeyd edək ki, “F-16 Block 70” “Fighting Falcon”ların ın yeni nəslidir. Onun konfiqurasiyasının əsas üstünlüyü AN/APG-83 aktiv elektron-skannerli radarla təchiz olunmasıdır.
Ağalar Ağalarlı
Ordu.az