Hindistan “Brahmos” raketlərini təkmilləşdirir

2018/01/received_2456077997951687_1516465678.jpeg
Oxunub: 4214     00:33     21 Yanvar 2018    
Hindistan Rusiya ilə birlikdə “Brahmos” supersəs qanadlı raketlərini təkmilləşdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çinin “Xinhua” informasiya agentliyi məlumat yayıb.

“Raketin mənzil məsafəsi ötən il 290 kilometrdən 450 kilometrə qədər artırılıb və hazırda 800 kilometrə qaldırılması üzərində işlər görülür. Raketin yeni konfiqurasiyası ilə sınaq atışı bu ilin sonunda baş tuta bilər”, - deyə xəbərdə bildirilir.

Qeyd edək ki, “Brahmos” raketlərinin quru və dəniz variantları artıq Hindistan Quru Qoşunları və donanmasında istifadə olunur. Ötən ilin noyabrında isə raketin hava versiyası sınaqdan keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Rusiya   Brahmos  


Bizi "telegram"da izləyin