ABŞ Dövlət Departamenti potensial Xarici Hərbi Satış (XHS) üzrə Meksika hökuməti tərəfindən tələb olunan 6 ədəd “Boeing RGM-84L Harpoon Block II” yer-yer raketi, 23 ədəd “Raytheon Block 2” səth-hava raketi və 6 ədəd “Mk 54 Mod 0” yüngül çəkili torpedo satışını təsdiq edib.
Ordu.az “Janes”ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Təhlükəsizlik üzrə Kooperasiya Agentliyi məlumat yayıb.
Sözügedən silahların Meksika donanmasının ilk “Damen SIGMA 10514” uzaq mənzilli patrul gəmilərində istifadə edilməsi planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Meksika
Damen-SIGMA-10514