Səudiyyə Ərəbistanı əlavə “Black Hawk” helikopterləri sifariş verib

2018/01/blek-houk-helikopteri2342_1516034176.jpg
Oxunub: 2058     21:47     15 Yanvar 2018    
ABŞ Müdafiə Nazirliyi “Lockheed Martin” konserninə məxsus “Sikorsky Aircraft” şirkəti ilə Səudiyyə Ərəbistanı üçün 17 ədəd çoxməqsədli UH-60M “Black Hawk” helikopterinin istehsal edilməsi üzrə müqavilə imzalayıb.

Ordu.az BPMD portalına istiandən xəbər verir ki, bu barədə “Jane's Defence Weekly” jurnalı məlumat yayıb.

Müqavilənin qiyməti 198,3 milyon dollardır. Helikopterlər unikal konfiqurasiya vəziyyətində təhvil verilməlidir.

Qeyd edək ki, helikopterlərdən 8-i Səudiyyə Ərəbistanı Milli Aviasiya Qvardiyası, 9-u isə Səudiyyə Ərəbistanının Xüsusi Təyinatlı Quru Qoşunları üçün nəzərdə tutulub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   ABŞ   Black-Hawk  


Bizi "telegram"da izləyin