Çin qanadlı raketlə təchiz olunan yeni freqatını istifadəyə verib

2018/01/chinese-frigate-1024x7225634_1515825445.jpg
Oxunub: 2570     14:35     13 Yanvar 2018    
Çin Xalq Azadlıq Ordusu “Rizhao” adlı yeni raket freqatı Çinin şimal-şərqindəki Dalian dəniz limanında istifadəyə verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çinin yerli istehasalı olan “Rizhao” 140 metr uzunluğunda və 16 metr genişliyindədir. Onun tonnajı 4000 tondan artıqdır.

Freqat qabaqcıl silah sistemləri ilə təchiz olunub və düşmən gəmilərinə, sualtılarına hücum edə, digər dəniz qüvvələri ilə koordinasiyalı işləyə bilər.

Freqat Şandonq vilayətinin Rizhao şəhərinin şərəfinə adlandırılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin