Ordu.az “Huffington Post” internet-nəşrinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların cümə günü çap edilən yeni nüvə doktrinası layihəsində qeyd edilir.
Sənəddə sualtı gəmilərdə yerləşdirilən ballistik raketlər üçün kiçik gücə malik nüvə döyüş başlıqları planından bəhs edilir. Həmçinin dəniz bazalı qanadlı nüvə raketinin yaradılması haqqında da söhbət açılır.
“ABŞ yaxın gələcəkdə o qədər də böyük olmayan sayda sualtı gəmilərdə yerləşdirilən ballistik raketlər üçün döyüş başlıqlarının yaradılmasını planlaşdırır, o cümlədən uzunmüddətli prespektivdə isə dəniz bazalı müasir qanadlı nüvə raketləri yaradılacaq”, - deyə məlumatda bildirilir.
Ağalar Qəribov
Ordu.az