Qarabağda erməni əsgər yaralandı

2017/12/ermeni-esger-yarali345_1513173112.jpg
Oxunub: 422     21:50     13 Dekabr 2017    
Erməni əsgər Armen Hakopyan daşla başqa əsgərin başını yarıb

Ordu.az xəbər verir ki, işğal altında olan Madagiz yaşayış məntəqəsində yerləşən işğalçı ordunun bölmələrinin birində hərbçilər arasında mübahisə baş verib.

Mübahisə zamanı təhqirlərə dözməyən Armen Hakopyan adlı hərbi qulluqçu yerdən götürdüyü daşla Kalaşyan soyadlı hərbi qulluqçuya bir neçə dəfə zərbə endirərək onun başını yarıb.

Kalaşyan hərbi hospitala, əsgər yoldaşının başını yaran A. Hakopyan isə həbs edilərək haupvaxtaya göndərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Yaralı   Dedovşina  


Bizi "telegram"da izləyin