Bu barədə Ordu.az-a özbək ekspert, “Consultations on International Policy and Economy” şirkətinin prezidenti Fikrət Şabanov bəyan edib.
Onun sözlərinə görə, suveren Azərbaycanın tərkib hissəsi və ayrılmaz parçası olan Dağlıq Qarabağ öz tarixi və hüquqi məkanına qayıtmalıdır.
“Mən artıq hay tayfalarının köçürüldüyü və bu regionun yerli sakinlərin – azərbaycanlılar, müsəlman-kürdlərlərin məcburən çıxarıldığı, sonra isə erməni dövlətinin yaradıldığı İrəvan, Zəngəzur və Göyçə kimi digər tarixi əraziləri nəzərdə tutmuram.
Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi üçün ATƏT-in Minsk qrupu yaradılıb və indi də mövcuddur. Lakin onun fəaliyyəti həmsədrlər – münaqişədə tamamilə fərqli maraqlara sahib Rusiya, Fransa və ABŞ-ın simasında onların səriştəsizliyi ilə bağlı suallar doğurur.
Azərbaycan münaqişənin həlli üçün erməni işğalçıları tərəfindən işğal olunan ərazilərin geri qaytarılmasına görə, bütün cəbhə üzrə gündəlik və dəqiqəlik təşkilatlanan minimum deyil, maksimum zamana hesablanan öz strateji “yol xəritəsi”ni müəyyənləşdirnəlidir”, - deyə F. Şabanov qeyd edib.
Ermənilər tərəfindən həyata keçirilməyən Qarabağ üzrə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə gəlincə isə, özbək ekspert qeyd edib ki, Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının ermənilərin işğalından azad edilməsi üzrə 4 qətnaməsi XX əsrin 90-cı illərinin əvvəllərində qəbul edilib.
“Bu, veto hüququna malik, öz milli maraqlarını formalaşdırmayan və Qərb siyasətində nüfuz dairəsinə malik olan Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına görə mümkün oldu, sonra isə bu istiqamətdə işlər məhz rəsmi İrəvanın yeganə müdafiəçisi və benefisiarına çevrilən Moskva tərəfindən əyləclənməyə və saxlanılmağa başlandı.
Moskvanın xarici siyasət doktrinasının növbəti mərhələləri Ermənistanla strateji əməkdaşlığa istinadən idi və bu, Qarabağ tənzimlənməsinin qurban verilməsi ilə nəticələnə bilməzdi. Digər güc dövlətləri də çoxvektorluluqlarını dəyişdirərək Ermənistanı Rusiyanın strateji yaxınlığından ayırmaq üçün onların tərəfini tutdu.
Böyük təsirə malik lobbi, erməni diasporunun böyük siyasi və iqtisadi əlaqələrə malik olması Təhlükəsizlik Şurası qətnamələrinin yerinə yetirilməsində çəkindirici rol oynamaqla BMT Təhükəsizlik Şurasının rəhbər üzvlərinə (Böyük Britaniya və Çin xaric) ciddi təsir edir. Digər element isə öz qərarlarının yerinə yetirilməsi üçün beynəlxalq və hüquqi məcburetmə tədbirlərinə sahib olmamaqdır, bu isə BMT Təhlükəsizlik Şurası qətnamələrinin ən zəif cəhətlərindən biridir”, - deyə Şabanov bildirib.
Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az