Qarabağda ölən erməni əsgəri Rusiya ordusunda hərbi xidmət keçib - DETALLAR (FOTOLAR)

2017/12/127100_1513068989.jpg
Oxunub: 577     16:56     12 Dekabr 2017    
Qarabağda ölən erməni əsgəri Rusiya ordusunda hərbi xidmət keçib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Qarabağda öz silahdaşı tərəfindən öldürülən Narek Adibekyan həm də Rusiya ordusunda xidmət edib.

O, sonradan yaşadığı Pyatiqorskdan Ermənistana oxumaq üçün qayıdarkən onu hərbi xidmətə çağırıb, Qarabağa xidmətə yollayıblar. İrəvanın Şenqavit inzibati rayonundan olan Adibekyan İrəvan dövlət universitetinin iqtisadiyyat və idarəetmə fakultəsinin tələbəsi olub.

Xatırladaq ki, 11 dekabr 2017-ci il saat 19:30 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində qanunsuz hərbi hissələrədən birində erməni əsgər öz xidmət yoldaşını güllələyib. Açılan atəş nəticəsində 1996-cı il təvəllüdlü Narek Marzpetuni Adibekyan ölüb.







Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Erməni-əsgər  


Bizi "telegram"da izləyin