Məmmədyarovla Nalbandyan yenidən görüşəcək

2017/12/34534_1513000357.jpg
Oxunub: 415     21:51     11 Dekabr 2017    
Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın növbəti görüşü gələn ilin yanvar ayının əvvəllərində baş tuta bilər.

Ordu.az "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç jurnalistlərə açıqlamasında bildirib.

“Nazirlərin ən qısa müddətdə, ola bilsin ki, yanvarda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüşəcəyinə dair gözləntimiz var”, - deyə Lukaşeviç bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Qarabağ   ATƏT  


Bizi "telegram"da izləyin