Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İrəvandakı hərbi hospitaldan məlumat verilib.
Yaralı erməni əsgəri Narek Hoveyan hələ də reanimasiya şöbəsindədir. Yaxın günlərdə gözünün müalicə edilməsi məqsədilə Malayan adına oftalmoloji mərkəzə yerləşdiriləcək.
Qeyd ədək ki, Xankəndi hərbi hospitalında yaralı erməni əsgərinin bir gözü çıxarılıb, digər gözünün isə müalicə etməklə bərpasının mümkün olacağına ümid edirlər.
Xatırladaq ki, 2017-ci il noyabrın 21-də saat 18:35 radələrində Qarabağ cəbhəsinin şimal-şərq istiqamətində mina partlayışı nəticəsində 3 erməni hərbi qulluqçu ölüb, 1 hərbi qulluqçu isə yaralanıb.
Alpər Mövludoğlu
Ordu.az