Lavrov Vyanada Nalbandayanla Qarabağı müzarikə etdi

2017/12/Lavrov_Nalbandyan_1512741600.jpg
Oxunub: 335     21:58     08 Dekabr 2017    
ATƏT-in Vyanada keçirilən Nazirlər Şurasının 24-cü sessiyasında iştirak edən Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüş zamanı xarici işlər nazirləri Ermənistan-Rusiya münasibətlərinin gündəliyinə dair məsələləri müzakirə edib, iki ölkə liderləri arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesinə toxunublar.

Rusiya və Ermənistan xarici işlər nazirləri ATƏT-in fəaliyyətinin müxtəlif istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.

Məlumatda, Lavrov və Nalbandyan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların aparıldığını bildiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Lavrov   Nalbandyan  


Bizi "telegram"da izləyin