ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts ATƏT-in Xarici İşlər Nazirlər Şurası çərçivəsində Azəzrbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün mümkün olmasından məmnunluq ifadə edib.
Ordu.az xəbər verir ki, bu barədə Sebastyan Kurts Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasının bağlanış mərasimi zamanı çıxış edərkən bildirib.
"Mən çox şadam ki, nazirlər toplantısında ABŞ və Rusiya, o cümlədən Azərbaycan və Ermənistan da daxil olmaqla bir sıra görüşlər təşkil olunub. Bunlar çox kiçik, lakin ehtiyyacımız olan müsbət siqnallar idi" - deyə ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ATƏT
Kurts
Qarabağ