"Qarabağ münaqişəsinin həlli ilə bağlı kollektiv işləri davam etdirəcəyik" - Lavrov (VİDEO)
Oxunub: 434
20:34
08 Dekabr 2017
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı kollektiv işləri davam etdirəcək".
Ordu.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
"Hər bir münaqişədə anlamaq lazımdır ki, bu anda prioritet nədən ibarətdir. Lakin bəzi ümumi yanaşmalardan istifadə etmək lazımdır. Dağlıq Qarabağ münaqişəsində birbaşa dialoq mövcuddur, təəssüf ki, bu, hələ ciddi irəliləyişlə nəticələnmir. Amma bu il prezidentlər səviyyəsində və xarici işlər nazirləri səviyyəsində dəfələrlə dialoqun aparılması bizə müsbət görünür", - deyə nazir bildirib.
Lavrov qeyd edib ki, Rusiya ATƏT-in Minsk Qrupu həmsədrləri ilə kollektiv işini davam etdirəcək. O, sessiyaya kollektiv yanaşmanın təsdiqləndiyini əlavə edib.
"Biz amerikalı və fransalı həmkarlarla birlikdə kollektiv yanaşmanın olduğu bu istiqamətdə işləməyə davam edəcəyik. Bu sessiyada biz bunu bir daha təsdiq etdik. Verdiyimiz bəyanatda həll üçün nəzərdə tutulan əsas prinsiplər öz əksini tapıb. Tərəflər bunu qəbul edib, lakin hələ addım atılmayıb. Bu asan məsələ deyil, amma bu istiqamətdə işləyəcəyik".