Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Reks Tillerson ATƏT-in Nazirlər Şurasının Vyanadakı sessiyasında çıxış edərkən bildirib.
"Biz Minisk Qrupunun Dağlıq Qarabağ münaqişəsində həll yolu tapma səylərini dəstəkləyirik. Azərbaycan və Ermənistan prezidentləri arasında oktyabrda baş tutan görüş zamanı üzərlərinə düşən öhdəlikləri bir daha qəbul edilməsindən məmnunuq. Yalnız siyasi istək olarsa önəmli nəticələr əldə etmək mümkün olar. Biz bu mövzuda dünən keçirilmiş danışıqlar zamanı əldə edilən qərarları alqışlayırıq”, - deyə Tillerson qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az