Ordu.az xəbər verir ki, bu barədə ATƏT-in Vyanadakı sammitinin açılışında Sergey Lavrov bəyan edib.
“Həmçinin ATƏT-in Minsk qrupunun həmsədri qismində Rusiya ABŞ, Fransa və Rusiya prezidentləri tərəfindən dəfələrlə qəbul edilən prinsiplərə uyğun olaraq Qarabağ münaqişəsində hər iki tərəf üçün qəbuledilən qənaətə gəlinməsi üçün tərəflərə kömək göstərməyə davam edəcək”, - deyə Lavrov bildirib.
Qeyd edək ki, bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.
Ağalar Qəribov
Ordu.az