Ordu.az xəbər verir ki, iclasda çıxış edən ATƏT PA-nın prezidenti George Tsereteli Dağlıq Qarabağdakı gərginlikdən narahat olduğunu bildirib.
"Mən ATƏT məkanında baş verən bütün münaqişələrdən eyni dərəcədə narahatam. Dağlıq Qarabağdakı gərginliyin və düşmənçiliyin artması ciddi narahatlıq doğurur", - deyə ATƏT PA-nın prezidenti deyib.
Qeyd edək ki, bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.
Alpər Mövludoğlu
Ordu.az