Bu barədə
Ordu.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, 6 dekabr tarixində ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Sxofer Amerika Birləşmiş Ştatları) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi (Anjey Kaspişik) ayrı-ayrılıqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlər keçiriblər. Sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edilib.
Hacıyev vurğulayıb ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan təkliflərlə bağlı intensiv və konkret müzakirələr aparılıb. İntensiv və substantiv danışıqların davamı kimi 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilməsi barədə razılıq əldə olunub.
Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov görüşün pozitiv və konstruktiv şəkildə keçirildiyini bildirib.
Ordu.az