Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aprel döyüşlərindən sonra Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrdən hərbi sursatların yoxa çıxması halları baş verib. Ehtimal edilirdi ki, könüllü olaraq cəbhəyə gedənlər hərbi sursatı və silahları özləri ilə aparıblar.
Silahların yoxa çıxması ilə əlaqədar qondarma qurumun “məhkəmə” orqanları cinayət işləri də qaldırıblar. Beləliklə, açılmış cinayət işlərindən biri ətrafında aparılan istintaq tədbirləri zamanı məlum olub ki, İrəvan sakini Levon Qevorqyan 2016-cı il 10 aprel-19 may tarixləri arasında, Kəlbəcər istiqamətində hərbi əməliyyatlar zamanı təlim məqsədilə müvəqqəti yaradılan dağ atış poliqonunda iştirak edib.
Bu zaman qanunsuz silah, 176 ədəd güllə əldə edib. Bu ilin avqust ayında qeyd edilən silah və sursat Qevorqyanın mənzilində aşkar edilərək, ona qarşı ittiham irəli sürülüb.
Alpər Mövludoğlu
Ordu.az