Ordu.az "Amerikanın Səsi" radiostansiyasına istinadən xəbər verir ki, hərbiçilər 1 nömrəli İrəvan qocalar evini yaşlıların yaşaması üçün normal həyat şəraiti vəziyyətinə gətirərək təmir ediblər.
Məlumata görə, ABŞ-ın Ermənistandakı səfirliyinin əməkdaşları da təmir bərpa işlərinə qatılıblar.
ABŞ hərbçiləri doğurdanmı Ermənistanda "təmir" işləri ilə məşğuldurlar?
Araşdırmalara görə, Ermənistan və Kanzas Milli Qvardiyası 14 ildir ki, hərbi əməkdaşlıq edir. İki il ərzində isə, amerikalı hərbçilər qrupu göndərilir. Erməni hərbçilər isə, öz növbəsində ABŞ-a gedir, orada amerikalılı hərbçilərlə birgə qalır və təlim keçirlər.
Daha öncə, Li Tafanelli ABŞ-ın Ermənistan ordusunda həkim və sülhməramlılarının hazırlaması, o cümlədən silahlanmaya kömək etdiyini də etiraf edib.
General Tafanellinin sözlərinə görə, Birləşmiş Ştatlar erməni əsgərlərini NATO qoşunlarının yüksək standartlarına uyğun hazırlayır.
"ABŞ-ın məqsədi regional sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, o cümlədən demokratiya və azad bazar münasibətlərinin qurulmasıdır"- deyə general qeyd edirdi.
Maraqlıdır, yuxarıda qeyd edilən sözügedən təmirlər zamanı ABŞ silahlı qüvvələrinin Avropadakı komandanı general-leytenant Ben Hodces və Kanzas Milli Qvardiyasının komandanı general-mayor Li Tafanelli əsgərləri ziyarət ediblər.
Görəsən, ABŞ silahlı qüvvələrinin Avropadakı komandanı general-leytenant Ben Hodcesin Ermənistanda anidən peyda olması nə ilə bağlıdır? Yəqin, qocalar evinin "təmir-bərpa işləri" ilə maraqlanır...
Alpər Mövludoğlu
Ordu.az